Yuxarı

Güləşçilərimiz finala yüksəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçilərimiz finala yüksəldi

Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa Millətlər Kubokunda Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaları finala yüksəlib.

Report-un məlumatına görə, hər iki komanda finalda Rusiyaya rəqib olub.

Sərbəst güləşçilərimiz Belarus və Polşa ilə, yunan-Roma güləşçilərimiz isə Türkiyə və Belarusla "B" qrupunda mübarizə aparıb.

Yunan-Roma güləşçilərimiz əvvəlcə belaruslu rəqiblərini, ardınca türkləri 5:3 hesabı ilə məğlub ediblər və qrup lideri kimi finala yüksəliblər.

Sərbəst güləşçilərimiz ilk olaraq Belarus komandası ilə qarşılaşıblar. Görüş yığmamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. 125 kq. çəkidə güləşçilər arasında mübahisə yarandığından bu görüşün nəticəsi ləğv edilib və hər iki güləşçi diskvalifikasiya edilib. Ardınca Polşa idmançıları ilə qarşılaşan yığmamızın üzvləri 5:3 hesablı qələbə ilə finala vəsiqə əldə ediblər.

Final görüşləri 8 noyabr, saat 17:00-da başlayacaq.

Yunan-Roma güləşi, I dövrə

Azərbaycan - Belarus - 5:3

59 kq. Murad Məmmədov - İqor Belyak - 8:0

66 kq. Kamran Məmmədov - Yaroslav Kardaş - 2:0

71 kq. Azad Əliyev - Pavel Lyax - 1:10

75 kq. Rüstəm Əliyev - Kazbek Kilok - 0:6

80 kq. Emin Əhmədov - Pavel Paminçuk - 8:1

85 kq. İslam Abbasov - Xoxa Xaxnidze 5:2

98 kq. Şəhriyar Məmmədov - Sergey Starobud - 3:7

130 kq. Sabah Şəriəti - Kiril Qrişenko - 3:0

II dövrə

Azərbaycan - Türkiyə - 5:3

59 kq. Murad Məmmədov - Rütəm Hammet - 15:6

66 kq. Kamran Məmmədov - Enes Başar 6:1

71 kq. Azad Əliyev - Emre Yunus Başar - 0:8

75 kq. Rüstəm Əliyev - Burxan Akbudağ - 7:3

80 kq. Emin Əhmədov - Doğan Toktaş 0:10

85 kq. İslam Abbasov - Əli Çingiz - 5:0

98 kq. Şəhriyar Məmmədov - Əhməd Tacyıldız - 2:6

130 kq. Sabah Şəriəti - Əli Arslan - 4:2

Sərbəst güləş, I dövrə

Azərbaycan - Belarus - 6:1

57 kq. Mahir Əmiraslanov - Əsədulla Laçınov - 13:2

61 kq. Əhmədnəbi Qvarzatilov - Andrey Komar - 10:0

65 kq. Məhəmməd Müslümov - Viktor Sereda - 10:0

70 kq. Hacımurad Ömərov - Azamat Nurikov - 8:0

74 kq. Murad Süleymanov - Rəsul Tikayev - 13:2

86 kq. Hacımurad Məhəmmədsəidov - Aleksandr Quştin - 4:5

97 kq. Aslanbek Alborov - Ömərhacı Məhəmmədov - 5:4

125 kq. Ali Maqomedabirov - İvan Yankovski - 4:3 (hər iki güləşçi diskvalifikasiya edilib)

II dövrə

Azərbaycan - Polşa - 5:3

57 kq. Mahir Əmiraslanov - Tomaş Oqonovski - 9:2

61 kq. Əhmədnəbi Qvarzatilov -Kristof Bienevski - 5:0

65 kq. Məhəmməd Müslümov - Məhəmmədmurad Hacıyev - 0:6

70 kq. Hacımurad Ömərov - Arkadiuş Şeiya - 10:0

74 kq. Murad Süleymanov - Andjey Sokalski - 4:6

86 kq. Hacımurad Məhəmmədsəidov -Sebastyan Ejirjanski - 4*-4

97 kq. Aslanbek Alborov - Zbiqnev Baranovski - 10:0

125 kq. Ali Maqomedabirov -Robert Baran

Qeyd edək ki, sərbəst güləş yığmamız məşqçilər David Kurtsiya və Arif Abdullayevin rəhbərliyi altında çıxış edir. Yığmanın heyətində Mahir Əmiraslanov, Ruslan Qasımov (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Aslanbek Alborov (97 kq) və Ali Maqomedabirov (125 kq) yer alıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparan yunan-Roma güləşi yığmasının heyətində Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Şəhriyar Məmmədov (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) mübarizə aparır. Yarışlar Lujniki Olimpiya Kompleksində, "Drujba" Universal İdman Zalında keçirilir.

Tarix
2015.11.08 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident və xanımı Xankəndidə Zəfər parkında - Fotolar

ABŞ bu ölkəyə girir, Rusiya qovulur - Kreml susur

Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video

Rusiyadan Azərbaycan açıqlaması: Möhtəşəm hadisə...

Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto

Vuçiç İlham Əliyevə zəng etdi

İsrail Azərbaycanı çətin seçim qarşısında qoyur

Putin İlham Əliyevə zəng etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla