Yuxarı

Bakının azad edilməsi İzmirdə qeyd olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının azad edilməsi İzmirdə qeyd olundu - Foto

Türkiyənin İzmir şəhərində Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü qeyd olunub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Azərbaycan Türkləri ilə Dostluq Dərnəkləri Federasiyası və İzmir Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə çoxsaylı qonaqlar, gənclər və azərbaycansevərlər iştirak ediblər.

Tədbirin açılışını Azərbaycan Türkləri ilə Dostluq Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı edib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və tədbirin əsas çıxışçılarından biri olan Şamil Ayrım Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq əlaqələrinə diqqət çəkib. Ayrım Bakının azad edilməsindən Qarabağ Zəfərinə qədər uzanan tarixi prosesdə iki qardaş xalq arasındakı həmrəylikdən bəhs edib və Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərini dəyərləndirib.

Tədbirdə Taner Gür Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusu və Azərbaycan qüvvələrinin Bakıya daxil olması ilə şəhərin işğaldan azad edildiyini xatırladıb.

Tədbirin aparıcısı aktrisa və mədəniyyət səfiri Roza İbadova Kocamaz olub.

Tarix
2026.09.21 / 17:17
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla