Yuxarı

UEFA Azərbaycana 1 milyon avro ayıracaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında ölkəmizdə təşkil ediləcək Avropa çempionatı oyunlarının hansı stadionlarda baş tutacağına aydınlıq gəlib.

Axar.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu il mayın 5-dən 21-dək keçiriləcək qitə birinciliyi üçün 4 arena nəzərdə tutulub.

Turnir ərzində oynanılacaq 31 qarşılaşma Bakıda yerləşən Bakı Olimpiya Stadionu, "Bakcell Arena", "Dalğa Arena" və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Çempionatın rəsmi püşkatma mərasiminin isə aprelin 8-də keçirilməsi nəzərdə tutulub.

Çempionatın maliyyə tərəfinə gəldikdə, komandaların, hakimlərin, UEFA nümayəndələrinin və digər rəsmi şəxslərin Bakı şəhərində müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri qitə futbol qurumu tərəfindən ödəniləcək. Ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1 milyon avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə mütəmadi rəsmi məlumat veriləcək.

Qeyd edək ki, 1980-ci ildən təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının ötənilki qalibi Fransa yığması olub.

Tarix
2016.02.13 / 01:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla