Yuxarı

UEFA tədbirində "Qəbələ"nin təqdimatı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 18-də Bakıda AFFA-nın təşkilatçılığı ilə klubların lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı keçirilib.

Axar.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə UEFA-nın nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssisləri iştirak edib.

Seminarda AFFA-nın lisenziyalaşdırma qrupunun üzvləri ilə yanaşı "Qəbələ" İdman Klubunun insan resursları və lisenziyalaşdırma üzrə meneceri Safura Mikayılova da təqdimat keçirib. Klubun 10 illik fəaliyyətini əhatə edən təqdimatda iştirakçılara "Qəbələ"nin tarixi, strukturu, departamentləri, infrastrukturu, futbol akademiyası, futbolun kütləviləşdirilməsi, digər idman növləri, marketinq və kommersiya fəaliyyətləri barədə ətraflı məlumat verilib. Bundan əlavə təqdimatda lisenziyalaşdırma prosesinin klubun peşəkar fəaliyyətinə müsbət təsirlərindən və son dövrdə beynəlxalq yarışlarda klubun qazandığı təcrübədən bəhs olunub.

Tarix
2016.02.20 / 00:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla