Yuxarı

Ermənilər “Qarabağ”ı pulla almaq istəyir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada həvəskar liqada mübarizə aparan, paytaxt Moskvada yaşayan azərbaycanlılar tərəfindən yaradılmış "Qarabağ Moskva" futzal klubunu ermənilər almaq istəyir.

ANS-in məlumatına görə, bu barədə Türkiyənin "Haber61.net" portalı xəbər verib.

Ermənilər son zamanlar futzal çempionatında bir sıra uğurlar qazanan klubun onlara satılması üçün oyunçular və klub rəhbərliyinə təzyiq edirlər. Xəbərdə deyilir ki, maddi sıxıntılar üzündən klubun oyunçuları səfər oyunlarına öz hesablarına gedirlər. Klubun oyunçusu və eyni zamanda məşqçisi olan Elnur Vəliyev bildirib ki, ermənilərin Moskvada çıxış edən "Artsax" futzal komandası klubu almaq istəyir.

"Lakin oyunçularımız bu təklifi qəti rədd edirlər. Əgər bizə maddi dəstək verən olsaydı Azərbaycan bayrağını böyük liqada dalğalandıra bilərdik. Azərbaycandan fərqli olaraq ermənilərin bu kluba maraq göstərməsi bizi məyus edir", - deyə Elnur Vəliyev bildirib.

Qeyd edək ki, Rusiyada azərbaycanlıların yaratdığı "Qarabağ Moskva" klubu futzal üzrə Moskva birinciliyində çıхış edir. Komandanın rəhbəri və məşqçisi Elnur Vəliyev həmçinin oyunçu kimi çıxış edir. Azərbaycanı təmsil edən komanda 2013-cü il yanvarın 10-da Moskvada yaşayan həmvətənlərimiz tərəfindən yaradılıb. Kollektiv əsasən Moskvada yaşayan gənclərdən və tələbələrdən ibarətdir. Elnur Vəliyev Moskvada Rusiya Futbol İttifaqının təşkil etdiyi C kateqoriyalı məşqçi kurslarında iştirak edərək, kursun yekununda imtahan nəticəsində C kateqoriyalı lisenziya alıb.

Tarix
2016.02.20 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla