Yuxarı

"Qarabağ" 11-ci çempionluğunu rəsmiləşdirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.

Axar.az xəbər verir ki, bu, Premyer Liqanın XXVIII turuna təsadüf edib.

Ağdam təmsilçisi dördüncü - sonuncu dövrənin ilk turunda "Kəpəz"i darmadağın edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda Julio Romao (21-ci dəqiqə), Olavio Juninyo (52, 56), Abbas Hüseynov (64), Elvin Cəfərquliyev (69) və Redon Cicanın (88) vurduğu qollar sayəsində 6:1 hesablı qələbə qazanan "köhlən atlar" 2023/2024 mövsümünün sonuna 8 tur qalmış xallarının sayını 69-a yüksəldərək rəqibləri üçün əlçatmaz olub.

"Kəpəz"in təsəlli qolunun müəllifi 90-cı dəqiqədə Latir Fal olub.

Bu, həm də Qurban Qurbanovun baş məşqçi kimi 10-cu çempionluğudur.

Qeyd edək ki, turun ilk oyununda "Neftçi" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Digər qarşılaşmalar martın 30-31-də keçiriləcək.

Tarix
2024.03.29 / 21:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvanın bu razılaşmasını alqışlayırıq - Belçika

Bakı ilə İrəvan arasında sülhə inanırıq - ABŞ

Kremldə Paşinyanla Putin arasında nə baş verib?

Bayramov ukraynalı həmkarı ilə danışdı

Ermənistanda kritik vəziyyət: Nikol istefaya gedir? – Video

İranlı deputat “nüvə silahımız var” dedi – Nə baş verir?

Şeyx Dünya İslam Alimlərinin toplantısında - Foto

Çinin daha bir şəhərində Azərbaycan Ticarət Evi

Qərbi azərbaycanlıların yaşadıqları tarixi faciədir - Nart

Əli Əsədov Caludla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla