Yuxarı

Kremldə Paşinyanla Putin arasında nə baş verib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldə Paşinyanla Putin arasında nə baş verib?

Çox maraqlıdır, Kremldə nə baş verib ki, Nikol Paşinyan Vladimir Putindən Rusiya sərhədçilərinin Ermənistan-İran sərhədində qalmasını xahiş edib?

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, xüsusi təyinatlı sabiq səfir Edmon Manukyan deyib.

E.Manukyan rus sərhədçilərinin Ermənistandan çıxarılmasına diqqət çəkib:

“Rusiya və Ermənistan liderlərinin əldə etdiyi son razılaşmaya əsasən, rus hərbçilərinin Azərbaycanla sərhəddə yerləşən mövqelərdən geri çəkildikləri bildirilir. Onların həmçinin Zvartnots hava limanından da çıxacağı açıqlanıb. 44 günlük müharibədən sonra rusların sərhəddə yerləşməsi Ermənistanın uğuru kimi təqdim edilirdi. Maraqlıdır ki, İrəvanın xahişi ilə rus sərhədçilərinin Türkiyə və İranla sərhəddə xidmətə davam edəcəyi qeyd olunur. Görəsən, Kremldə nə baş verib ki, Paşinyan belə bir şey istəyib?”

Keçmiş deputat İrəvan hökumətinin bir-birinə zidd siyasi addımlar atdığını deyib:

“Belə vəziyyətdə Avropa Birliyi rəsmiləri, Ceyk Sallivan, Ursula fon-der Leyen, Emmanuel Makron bizim haqqımızda nə düşünəcək? Bir tərəfdən AB-nin müşahidə missiyasının Azərbaycanla sərhəddə xidmət etməsini, digər tərəfdən isə rusların Türkiyə və İranla sərhədimizdə qalmasını istəyirik. Hələ parlamentin sədri Alen Simonyan da Ukraynada davam edən müharibədə tərəf tutaraq Rusiyanı işğalçı adlandırır. Lakin mənə maraqlı qalan hələ də İranla sərhədimizdə rusların qalmasının vurğulanması oldu. Ölkədə hərə bir şey deyir. Xalqa açıqlayırlar ki, biz Avropaya üz tuturuq, sonra deyirlər, Rusiya ərazimizdən çıxmayacaq”.

Tarix
2024.05.13 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla