Yuxarı

Namiq Nəbiyevə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Namiq Nəbiyevə hökm oxundu

Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Namiq Nəbiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, DTX tərəfindən saxlanılan Namiq Nəbiyev AR Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham olunur.

İttihama əsasən, Namiq Nəbiyev Suriya Ərəb Respublikasında davam edən silahlı münaqişə ilə əlaqədar olaraq 2022-ci ildən etibarən müxtəlif vaxtlarda üçüncü şəxslərin adına açılmış bank hesablarına ümumilikdə 28.479 ABŞ dolları məbləğində pul vəsaiti köçürüb. Bildirilir ki, həmin vəsaitlərin terror təşkilatı kimi tanınan İraq və Şam İslam Dövlətinə (İŞİD) çatdırılması təmin edilmiş, nəticədə bu vəsaitlərin silah və digər terror məqsədli vasitələrin əldə olunmasına yönəldilməsi üçün şərait yaradılıb.

Tarix
2026.04.07 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə bu barədə razılığa gəldi

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla