Yuxarı

Akademikin kitabları Ankarada təqdim edildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademikin kitabları Ankarada təqdim edildi - Foto

Azərbaycanın görkəmli elm xadimləri – xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin həmmüəllif olduqları “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq”, “Qeyri-səlis məntiq və dil-nitq”, eləcə də azərbaycanlı alimlərin Türkiyənin sabiq təhsil naziri, professor Ziya Səlcuqla birgə qələmə aldıqları “Uşaqlar üçün qeyri-səlis məntiq” kitablarının Ankara universitetində təqdimatı və müzakirəsi keçirilib.

Kult.az xəbər verir ki, universitet rəhbərliyinin, elmi ictimaiyyət nümayəndələrinin, müxtəlif universitetlərin alim və tələbələrinin iştirak etdiyi tədbiri Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar açaraq təqdimatı keçirilən kitabların müasir elmi düşüncədə oynadığı mühüm roldan danışıb.

Tədbirdə çıxış edən Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev təqdim olunan nəşrlərin elmi ictimaiyyət və ziyalılar tərəfindən böyük maraqla qarşılandığını bildirib. “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” əsərində qədim türk eposunun semantik strukturu qeyri-səlis məntiq prizmasından təhlil edilir. “Qeyri-səlis məntiq və dil-nitq” kitabında dilin dinamik və elastik təbiəti, mənanın kontekstdən asılı olaraq dəyişməsi kimi məsələlər elmi əsaslarla araşdırılır. “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabında isə elmi biliklərin sadə və anlaşıqlı şəkildə təqdim olunması gənc nəslin məntiqi və analitik düşüncə qabiliyyətinin inkişafına töhfə verir.

Təqdimat və müzakirə mərasiminin sonunda kitabların imzalanma mərasimi keçirilib.

Tarix
2026.04.27 / 12:10
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla