Yuxarı

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb.

Q.Türkmən gördüklərini “Azərbaycanın dövlət refleksi” adlandırıb:

“2007-ci ildə Milli Təhlükəsizlik Akademiyasının tədris proqramı çərçivəsində Azərbaycana rəsmi səfər təşkil edilmişdi. Səfərdə Türkiyə Hərbi Akademiyalarının komandan müavini də iştirak edirdi. Deyəsən, general-leytenant idi. Bakıda hava limanında bizi çox yüksək səviyyədə, xüsusi protokolla qarşıladılar.

Proqram çərçivəsində Azərbaycanın müdafiə nazirinin müavini brifinq keçirdi. O, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri və Qarabağ problemi barədə danışdı. Bizim general BTC-dəki Britaniya payını nəzərdə tutaraq “Qarabağ problemini də artıq ingilislər həll edər” dedi.

İçimdən “Eyvah!” dedim. Azərbaycan nümayəndə heyəti həmin an heç bir reaksiya vermədi. Ancaq axşam yeməyinə az sayda nümayəndə qatıldı. Bizim general isə əsəbini gənc yoldaşımızı zorla şərab içməyə məcbur etməklə çıxmağa çalışdı. Bundan sonra Azərbaycan tərəfi bizə göstərdiyi diqqəti azaltdı, səfərin sonunda isə bizi soyuq yola saldılar”.

Türkiyəli yazar bu hadisəni xatırladaraq, azərbaycanlıların ölkələrinə yönələn müdaxilələrə qarşı son dərəcə həssas olduqlarını vurğulayıb.

Qeyd edək ki, 1 fevral 2007-ci ildə Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Türkiyə Hərbi Akademiyalarının komandan müavini, korpus generalı Səlahəttin Uğurlunu və nümayəndə heyətini qəbul edib. Görüşdə Türkiyənin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Seyhan Ceyhan da iştirak edib. Çox güman edilir ki, Q.Türkmənin haqqında bəhs etdiyi türkiyəli general Səlahəttin Uğurludur.

Tarix
2026.10.29 / 14:14
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla