Yuxarı

Gömrükdə sahibsiz qalan mallar… - Komitə sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə sahibsiz qalan mallar… - Komitə sədri

Bəzən mallar gömrükdə uzun müddət sahibsiz qalır, onun saxlanması üçün xərclər artır.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

O bildirib ki, bəzən anbarlardakı mallar illər boyu sahibsiz qalır:

"Onu gətirən adam bəzən həmin məhsula nə marağı olur, nə də özününkü hesab edir. Həmin maldan imtina edir. Bunun isə hüquqi proseduru olmur. Beləliklə mallar 5-6 il sahibsiz qalır, köhnəlir, xarab olur. Nəticədə gömrük orqanlarının resursları sərf olunur, xərcləri çoxalır. Ona görə də 180 gündən sonra məhkəməyə müraciət olunur və malın aqibəti müəyyənləşir. Hansı formada qərar qəbul ediləcəksə, ona uyğun addımlar atılacaq".

Xatırladaq ki, layihəyə görə, gömrük sərhədini keçdiyi gündən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.

Tarix
2026.04.29 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla