Ukrayna "fəlakətli qışa" hazırlaşır
07:00
| Ana səhifə Planet |
|
Ukrayna hakimiyyəti 2026-cı ilin noyabrından 2027-ci ilin martına qədər böhran vəziyyətləri üçün konkret ssenarilər hazırlayır. Potensial təhdidlərə qarşı cavab planları da əlaqələndirilir.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.
Budanov bildirib ki, hökumətin əsas vəzifəsi aydın böhran ssenariləri hazırlamaq və qış dövrü üçün əməliyyat planlarını sinxronlaşdırmaqdır.
"Hökumət Fövqəladə Hallar Xidməti vasitəsilə potensial təhdidlər üçün onların coğrafiyasını və miqyasını nəzərə alaraq baza ssenarisi hazırlayır. Müdafiə Qüvvələri və kəşfiyyat müvafiq risk qiymətləndirməsi edəcək", - deyə o bildirib.
|
Tarix
2026.10.14 / 07:00
|
Müəllif
Axar.az
|