Yuxarı

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

Ankarada Azərbaycan səfirliyinin qarşısında “hicab qadağası” iddiası ilə keçirilən aksiya açıq şəkildə Azərbaycanın dövlət quruluşunu hədəfə alan radikal çağırışlara çevrilib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, aksiya oktyabrın 13-də axşam saatlarında keçirilib. Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Aksiyada “Başörtüsü Allahın əmridir!”, “Hicab Allahın əmridir!” şüarlarının yazıldığı plakat və bannerlər qaldırılıb. Tədbirdə “Köklü Değişim” platformasının simvolları da nümayiş etdirilib.

Abdullah İmamoğlu Azərbaycanı xilafət qaydalarına çağırdı

Aksiyada çıxış edən ilahiyyatçı-yazar Abdullah İmamoğlu məktəbli geyimi və hicab mübahisəsindən danışarkən mövzunu “Raşidi Xilafət Dövləti”nin yaradılması çağırışına gətirib.

O, müsəlman ölkələrinin xilafət dövləti çərçivəsində birləşməli olduğunu müdafiə edib və Azərbaycanı da bu sistemin qaydalarına uyğun idarəçiliyə çağırıb.

Beləliklə, aksiyanın yalnız məktəblərdə hicab məsələsinə etiraz məqsədi daşımadığı, Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı siyasi-ideoloji çağırış platformasına çevrildiyi üzə çıxıb.

Ankaranın bir küçəsində mikrofon əldə edən qrup Azərbaycan xalqının hansı dövlət quruluşunda yaşamalı olduğunu müəyyənləşdirməyə girişib. Xilafətin hökuməti, paytaxtı və sərhədləri hələ ortada yoxdur, ancaq Azərbaycana verilən “tapşırıqlar” artıq hazırdır.

“Hicab qadağası” iddiası sənəddə yoxdur

Azərbaycanda qəbul edilən qaydalarda “hicab” və ya “başörtüsü” ifadəsi yer almır. Sənəddə şagirdlərin müəyyən edilmiş məktəbli formasının bütövlüyünü pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadə etməməsi nəzərdə tutulur.

Lakin Türkiyədəki bəzi radikal dini dairələr məktəbli forması ilə bağlı qərarı ümumiləşdirərək Azərbaycanda hicabın bütövlükdə qadağan edilməsi kimi təqdim edirlər.

Bu iddia sosial şəbəkələrdə emosional videolar, əvvəlki illərə aid görüntülər və Azərbaycana qarşı sərt ittihamlarla müşayiət olunur.

Əvvəl İsrail, sonra hicab, indi isə xilafət

Türkiyədə Azərbaycana qarşı aparılan kampaniyada əvvəlcə Bakının İsraillə münasibətləri əsas bəhanə kimi istifadə edilirdi. Daha sonra məktəbli geyimi və hicab məsələsi önə çıxarıldı. İndi isə bu kampaniyanın daxilindən Azərbaycanı xilafət qaydalarına tabe olmağa çağıran açıq mesajlar səslənir.

Oktyabrın 3-də İstanbulda Azərbaycan baş konsulluğu qarşısında da oxşar aksiya keçirilmişdi. Həmin tədbirdə hicab şüarları ilə yanaşı, Azərbaycanın xarici siyasəti və İsraillə münasibətləri də hədəfə alınmışdı.

Ardınca aksiyanın Ankaradakı Azərbaycan səfirliyinin qarşısına daşınması kampaniyanın davamlı və məqsədli xarakter aldığını göstərir.

Bu, Türkiyənin mövqeyi deyil

Radikal qrupun çıxışı Türkiyə dövlətinin və bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim edilə bilməz.

Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi oktyabrın 9-da yaydığı açıqlamada Türkiyə–Azərbaycan münasibətlərini hədəfə alan məzmunları “açıq informasiya əməliyyatı” adlandırıb. Mərkəz iki ölkə arasındakı strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” prinsipini sarsıtmağa yönələn manipulyasiyaların nəticə verməyəcəyini bildirib.

Bununla belə, Türkiyənin paytaxtında Azərbaycan səfirliyinin qarşısında başqa bir dövlətin konstitusiya quruluşunu dəyişməyə çağıran çıxışların səsləndirilməsi adi etiraz aksiyası kimi qiymətləndirilə bilməz.

Hicab insanların dini inancı və şəxsi seçimidir. Lakin hicab mövzusundan istifadə edərək suveren bir dövlətə hansı qanunlarla yaşamalı olduğunu diktə etmək etiqad azadlığı deyil. Bu, Azərbaycanın daxili işlərinə açıq müdaxilə cəhdidir.

Azərbaycan dünyəvi, müstəqil və suveren respublikadır. Ölkənin dövlət quruluşu Ankarada səfirlik qarşısında mikrofon tutan radikal qrupların xəyal etdiyi xilafət layihəsinə uyğunlaşdırılmayacaq.

Xilafət həvəskarları öz xəyali dövlətlərinə başqa ünvan axtarmalı olacaqlar.

Tarix
2026.10.14 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla