Yuxarı

Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırıldı

Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, buna səbəb Britaniya hökumətinin Fairford hərbi bazasında baş verən hadisəni İranla əlaqələndirməsi olub.

İran XİN-in Qərbi Avropa idarəsinin baş direktoru Əlirza Yusifi Britaniyanın ittihamlarını əsassız adlandırıb.

O, Londonun irəli sürdüyü iddialarla bağlı sənəd və sübutları ən qısa zamanda təqdim etməli olduğunu bildirib.

Əlirza Yusifi xəbərdarlıq edib ki, əks halda Tehran Böyük Britaniya ilə ikitərəfli münasibətlərinə ciddi şəkildə yenidən baxacaq.

ABŞ-ın strateji bombardmançı təyyarələrinin istifadə etdiyi RAF Fairford Britaniyanın əsas hərbi obyektlərindən sayılır. Sentyabrın sonlarında bazanın yaxınlığında terrorçuluqla bağlı cinayətlərdə şübhəli bilinən bir neçə nəfərin saxlanılması genişmiqyaslı antiterror əməliyyatına səbəb olub. Araşdırma davam edərkən şübhəlilər sonradan zaminə buraxılıb.

RAF Fairford işi üzrə təfərrüatlar hələ də məhdud olsa da, insident London və Tehran arasındakı gərgin münasibətlərdə yeni mübahisə mövzusuna çevrilib.

Tarix
2026.10.13 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla