Yuxarı

F-35-lərlə bağlı aktiv danışıqlar aparılır - Türkiyə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
F-35-lərlə bağlı aktiv danışıqlar aparılır - Türkiyə

Türkiyə ABŞ-la F-35 qırıcılarının təhvil verilməsi məsələsi üzrə intensiv danışıqlar aparır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu CNN Türk telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, F-35 məsələsi Ankara ilə Vaşinqton arasında ikitərəfli gündəlikdə qalır.

“Müdafiə nazirimiz Yaşar Gülər bu yaxınlarda müvafiq mesajlar göndərib və məsələni ikitərəfli formatda müzakirə edib. Əminəm ki, nəticə əldə edəcəyik. Xüsusilə ilk altı təyyarə ilə bağlı intensiv təmaslar aparılır”, – nazir müavini qeyd edib.

Söhbət Türkiyənin artıq ödəniş etdiyi, lakin ABŞ-dakı anqarlarda saxlanılan altı F-35 qırıcısından gedir. Təyyarələrin Ankaraya təhvil verilməsi ABŞ-ın CAATSA qanunu çərçivəsində tətbiq etdiyi sanksiyalar səbəbindən hələlik mümkün deyil.

Kavaklıoğlu bildirib ki, tərəflər mövcud məhdudiyyətlərin aradan qaldırılması istiqamətində danışıqları davam etdirir və müəyyən irəliləyiş əldə olunub.

“Həm biz, həm də Amerika tərəfi bu məsələyə çox müsbət yanaşırıq. İnanıram ki, mövcud problemləri qısa müddətdə həll edəcəyik”, – o vurğulayıb.

Xatırladaq ki, ABŞ 2019-cu ildə Rusiyanın S-400 zenit-raket komplekslərinin Türkiyəyə tədarükünə başlanmasından sonra Ankaranı F-35 proqramından çıxarıb. Vaşinqton S-400 sistemlərinin Türkiyənin F-35 proqramında iştirakı ilə uyğun gəlmədiyini bildirib. Daha sonra Türkiyəyə qarşı CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiq olunub.

Tarix
2026.10.14 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla