Yuxarı

Məşhur müğənni var-dövlətini satıb, kənddə iş qurdu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur müğənni var-dövlətini satıb, kənddə iş qurdu - Foto

Məşhur türkiyəli müğənni Berdan Mardini sənət dünyasındakı uğurlarını doğulub boya-başa çatdığı torpaqlara qaytarmaq üçün böyük bir addım atıb. O, bütün var-dövlətini - evlərini və avtomobillərini sataraq Mardindəki 78 evli kəndində 10 milyon dollarlıq nəhəng bir istehsal müəssisəsi qurub.

Kult.az Milli.az-a istinadla xəbər verir ki, Berdan Mardini 2016-cı ildə başladığı bu layihə üçün ətrafındakıların "sən dəlisən?" deməsinə baxmayaraq, bütün şəxsi əmlakını fəda etdiyini bildirib.

Layihənin əsas məqsədi Mesopotamiya torpaqlarında kənd təsərrüfatı və sənayeni birləşdirməkdir.

Qurulan fabrikdə Mesopotamiyanın qədim "Rosa Damascena" (Dəməşq qızılgülü) güllərindən istifadə olunur. Müəssisədə aşağıdakı məhsullar hazırlanır:

- Qızılgül yağı;

- Qızılgüllü ətirlər;

- Qızılgüllü limonad;

- Makaron (şirniyyat).

Mardini bu investisiyanın sadəcə qazanc məqsədli olmadığını, əsasən sosial layihə xarakteri daşıdığını vurğulayıb.

Layihədə qadın işçilərin məşğulluğuna xüsusi önəm verilir.

İnsanların öz torpaqlarında iş taparaq xoşbəxt yaşaması və böyük şəhərlərə köçməməsi hədəflənir.

Layihə tam gücü ilə işlədikdə bölgədə 450-500 nəfər işlə təmin olunacaq.

Tarix
2026.04.29 / 10:28
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla