Yuxarı

1 milyonluq mənimsəmə: Abbasovun tələbi qəbul edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1 milyonluq mənimsəmə: Abbasovun tələbi qəbul edildi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilib.

Axar.az Unikal.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqinə başlanılıb.

Daha sonra təqsirləndirilən şəxs Raqif Abbasovun vəkili mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin edib.

Daha sonra proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Raqif Abbasov və Eldəniz Qulamov həbsdə deyil, onların barəsində həbs olmayan qətimkan tədbiri seçilib. Hazırkı vaxta qədər onların əməlləri nəticəsində dəymiş ziyanın böyük hissəsi ödənilməyib. Nazirlik təqsirləndirilən şəxslərə qarşı 771 min 255 manatlıq mülki iddia qaldırıb.

Təqsirləri sübuta yetirilsə, onları 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Adıçəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Tarix
2026.04.29 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla