Yuxarı

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

“Liv Bona Dea Hospital”ın mənə qarşı 222 395 manat təzminat iddiası ilə bağlı mayın 5-də Nəsimi Rayon Məhkəməsində növbəti iclas keçiriləcək. Klinika məhkəməyə təqdim etdiyi iddiada bildirir ki, guya mən heç bir əlaqə nömrəsi qeyd etməmişəm və buna görə də xəstəxanada gözləyən həyat yoldaşıma heç bir məlumat verilməyib.

Axar.az xəbər verir ki, bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli bildirib.

O qeyd edib ki, yanvarın 12-də, əməliyyatdan iki gün əvvəl hazırlıq üçün “Liv Bona Dea” xəstəxanasına gedib:

“Müayinə, qeydiyyat və sənədləşmə prosesini tamamladım. Buna baxmayaraq, müqavilənin bir nüsxəsi və ya hər hansı sənəd mənə təqdim olunmadı (yalnız EKQ verildi).

Mənə bir blank verildi və bildirildi ki, burada iki ailə üzvünün əlaqə nömrəsi qeyd olunmalıdır. Birinci nömrə kimi Şahbaz bəyin nömrəsini yazdım. İkinci nömrə üçün anamı qeyd etməkdə tərəddüd etdim. Çünki onun 82 yaşı var və əməliyyat barədə məlumat alıb narahat olmasını istəmirdim. Lakin klinika əməkdaşı israr etdi ki, mütləq iki nəfərin əlaqə nömrəsi yazılmalıdır. Buna görə anamın da nömrəsini qeyd etdim.

Əməliyyatla bağlı narazılığımı daha əvvəl yazdığım paylaşımda qeyd etmişdim: əməliyyat günü saat 07:30-da məni Şahbaz bəydən (Şahbaz Xuduoğlu, Nigar Köçərlinin əri – red.) ayırdılar və sonrakı 7 saat ərzində o mənim vəziyyətim və əməliyyat barədə heç bir adekvat məlumat ala bilmədi. Halbuki normal praktikada əməliyyatdan sonra həkim və ya klinika nümayəndəsi xəstə yaxınlarına məlumat verir.

Bu halda isə əməliyyatı həyata keçirən həkim, öz sözlərinə görə, saat 10:30-da xəstəxananı tərk edib. Mən isə bundan sonra bir neçə saat ərzində ayılma otağında ağrıdan əziyyət çəkmiş, əlavə anesteziya verilməsi üçün yalvarmışam. Mənə bunun əlavə ödənişli olacağı bildirilib və razılaşmışam. Buna baxmayaraq, uzun müddət heç bir yardım göstərilməyib.

Əsas şikayətim də məhz anesteziya ilə bağlı laqeyd münasibət və ümumi diqqətsizlikdir.

Bu müddətdə Şahbaz bəy hər yarım saatdan bir qeydiyyata yaxınlaşaraq vəziyyətimlə maraqlanıb. Üstəlik, öz əlaqə nömrəsini də qeydiyyata təqdim edib ki, həkimlə əlaqə yaradılsın. Nəhayət, yaxınların narahatlığı həkimə çatdırıldıqdan sonra, saat 13:53-də həyat yoldaşıma zəng edilib.

Məhkəmə prosesi başlayandan sonra müqavilə və əməliyyatla bağlı sənədləri vəkil vasitəsilə, böyük çətinliklə əldə edə bildim. İndi isə mayın 5-də keçiriləcək iclasa hazırlaşarkən sənədlər arasında diqqətçəkən bir fakt ortaya çıxıb.

Həmin o blank, həqiqətən, yoxa çıxıb. Amma əlavədəki 3-cü fotoya diqqət yetirin. Bu, “Liv Bona Dea” tərəfindən təqdim olunan “xəstəlik tarixçəsi”dir. Burada qeyd etdiyim hər iki əlaqə nömrəsi mövcuddur.

Qeyd edim ki, bu yazı mənə məxsus deyil və sənəd qeydiyyat əməkdaşı tərəfindən doldurulub. Bu isə o deməkdir ki, mən həqiqətən də əlaqə nömrələrini təqdim etmişəm.

Belə çıxır ki, klinika yaxınlarımın əlaqə nömrələrinin qeyd olunduğu ilkin blankı aradan qaldırsa da, digər sənəddə bu məlumatlar təsadüfən qorunub saxlanılıb.

Digər iddialar da eyni dərəcədə əsassız və ziddiyyətlidir. Vaxt tapdıqca onları da ayrıca təqdim edəcəyəm”.

Xatırladaq ki, N.Köçərli bir müddət əvvəl “Liv Bona Dea” xəstəxanasında əməliyyat olunduqdan sonra qarşılaşdığı həkim məsuliyyətsizliyi haqda paylaşım etmişdi. Bundan sonra onunla xəstəxana arasında məhkəmə prosesi başlayıb.

Tarix
2026.04.29 / 11:42
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla