Bu cərimələr yenilənir
16:20
| Ana səhifə Toplum |
|
Yevlax rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Qaraoğlan kəndininin kənarından keçən avtomobil yolunda baş verib.
Məlumata görə, BMV markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını aşırıb.
Hadisə ilə bağlı Yevlax Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, oktyabrın 27-də saat 13:10 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 kişi ağır vəziyyətdə adıçəkilən xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Ağır kəllə-beyin travması və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin edilən pasiyentlərin aparılan reanimasiya tədbirlərinə baxmayaraq ölüm faktları qeydə alınıb”, - məlumatda vurğulanıb.
|
Tarix
2026.10.27 / 15:30
|
Müəllif
Axar.az
|