Yuxarı

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Ərdoğanın “qardaşlığımıza dinamit qoymaq istəyənlərə imkan verməyəcəyik” açıqlaması Türkiyədə Azərbaycana qarşı informasiya hücumları kontekstində diqqət çəkir.

Türkiyə lideri bu sözləri TDT-nin Ankarada keçiriləcək Zirvə toplantısı haqda danışarkən bildirib. Qeyd edib ki, “türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”. Lakin Ərdoğanın sözlərini həm də Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdlərinə mesaj olaraq qəbul edə bilərik. Bu mesajın Türkiyədə Azərbaycana qarşı hücumların aktivləşməsində katalizator rolunu oynayan Oqtay Saralın istefaya göndərilməsinin ardından verilməsi də diqqətdən yayınmır.

Son məlumatlara görə, Azərbaycanın Türkiyədə “arzuolunmaz şəxs” elan etdiyi 31 nəfərdən biri – “Köklü Dəyişim” (Köklü Değişim) hərəkatının İstanbul təmsilçisi Məhəmməd Emin Yıldırım saxlanılıb, digəri - səfirliyimizin qarşısındakı aksiyada iştirak edın Fateh Ərşahin ifadəsi alınması üçün polisə çağırılıb. Azərbaycan XİN-in “Qara siyahısı”na salınan digərlərinin də Azərbaycana qarşı fəaliyyətə görə cavab verəcəyi gözləniləndir.

Tarix
2026.10.27 / 11:01
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla