Yuxarı

Bakının bu icra başçısı cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının bu icra başçısı cərimələndi

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub.

Axar.az Xitab24.az-a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermiş hadisəyə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı barəsində həmin maddə ilə daha bir inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib və iş məhkəmənin icraatındadır. Məhkəmə hesab edib ki, hazırki iş icraatda olan digər işlə birləşdirilməlidir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi haqqındadır. Vüqar Zeynalovun hansı qanuni tələbi yerinə yetirmədiyi hələlik məlum deyil.

Əlavə edək ki, bu maddətinin tələblərini pozan vəzifəli şəxslər 1200-2500 manat məbləğində cərimə olunurlar.

Xatırladaq ki, V.Zeynalov 2018-ci ildən Səbail rayonunun icra başçısıdır.

Tarix
2026.10.27 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla