Yuxarı

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımı tədbirlər görməliyik.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“İqtisadi göstəricilərimizi də qeyd etmək istəyirəm. Xarici borcumuz çox aşağıdır və bu, yəqin ki, dünyada ən aşağı göstəricilərdən biridir. Etibarlı enerji təchizatçısı kimi qlobal enerji bazarında oynadığımız rol, eləcə də xüsusilə bağlantı və nəqliyyat məsələlərinin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrildiyi indiki dövrdə bu sahədəki mövqeyimiz mühüm əhəmiyyət daşıyır. Burada da xəritəyə nəzər salsanız, xüsusilə müasir infrastrukturu, investisiyaları nəzərə aldıqda, Azərbaycandan yan keçməyin çətin olduğunu görərsiniz. Çünki bağlantı və nəqliyyat sahəsində mühüm rol oynamaq üçün qonşularınızla, həmçinin qonşularınızın qonşuları ilə yaxşı münasibətləriniz olmalıdır. Bizdə də məhz belə bir vəziyyət yaranıb.

Beləliklə, iqtisadi potensialımız, fəal xarici siyasətimiz, inklüziv cəmiyyətimiz, multikulturalizm ənənələrimiz və mədəniyyətlərarası dialoqa sadiqliyimiz birlikdə bizim üçün sinerji yaradır və nikbin olmağımıza əsas verir. Bununla belə, biz proqnozlaşdırılması çətin olan bir dünyada yaşayırıq. Artıq qeyd etdiyim kimi, münaqişələr başlayır, lakin onlara son qoyulmur. Buna görə də potensial risklərə qarşı daim diqqətli olmalı və özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımı tədbirlər görməliyik”, - dövlət başçısı qeyd edib.

Tarix
2026.10.27 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla