Yuxarı

Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq

Bakı Ağır Cinayətlər Məhkəməsində "Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Röyal Masiyevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Axar.az lent.az-a istiandla xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iş üzrə zərərçəkən qismində tanınan Könül Həmzəyevaya verilən suallarla davam edib.

Həmzəyeva puları təqsirləndirilən Röyal Masiyeva borc kimi vermədiyini bildirib:

"Röyal mənim ona olan inamımdan, etibarımdan sui-istifadə edib. Ona inandığım üçün verdiyim məbləğlərlə bağlı qəbz almamışam. Hər dəfə deyirdi ki "Narahat olma, mən kişi oğluyam. Məndə heç kimin pulu batmaz". Yalanları açılıb pulumu tələb edəndən sonra məni şantaj etməyə başladı. Məni jurnalistlərlə hədələyərək deyirdi ki, "Səninlə mən yox, on nəfər vəkilim danışacaq". Qiyməti 14 min 800 dollar olan saatı götürmüşdü. Dedi ödəyəcəm, amma ödəmədi, saat qaldı üstümdə. Sonra bu saatı satıb həyat yoldaşına maşın, bahalı çanta filan almışdı. Problemlərimiz mənə qaytarmağı söz verdiyi pulları verməyəndə başlayıb".

Növbəti proses 17 noyabr saat 09:00-a təyin olunub.

Xatırladaq ki, "Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva Masiyev Röyal Ələddin oğluna salonunun təmiri üçün pul verdiyini, amma sonra sözügedən şəxsin ona qarşı dələduzluq etdiyini bildirir. Zərərçəkmiş iddia edir ki, qarşı tərəf ona 300 min 706 manat ödəməli olduğu halda bundan yayınır. K. Həmzəyeva R. Masiyev barəsində Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq etmə) maddəsi cinayət işi başlanılıb. Röyal Masiyev Nərimanov rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Tarix
2026.10.27 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla