Yuxarı

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

Kimliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“Yaşamaq məcburiyyətində qaldığımız sistemlərin heç biri milli hisslərimizi və dövlətçilik düşüncəmizi boğa bilmədi. Məhz buna görə də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, yeri gəlmişkən, bu ay müstəqilliyimizin bərpasının 35-ci ildönümünü qeyd etdik, öz taleyimizin sahibi olduq.

Bu gün qonaqların Bakıda və Azərbaycanın digər bölgələrində gördükləri, əsasən, müstəqillik dövründə, öz taleyimizin sahibi olduğumuz zaman yaradılıb. Məhz bundan sonra biz bütün dünyaya nələrə nail ola biləcəyimizi nümayiş etdirdik.

Digər mühüm nailiyyətlərimizdən biri də budur ki, müstəqillik illərində biz yalnız ənənələrimizi və həyat tərzimizi qoruyub saxlamaqla kifayətlənmədik, eyni zamanda onları daha da möhkəmləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda heç bir daxili riskimiz yoxdur. Bütün potensial risklər sərhədlərimizdən kənardan qaynaqlanır. İdeoloji risklər də fiziki risklər qədər təhlükəlidir. Buna görə də biz daim ayıq-sayıq olmalıyıq. Kimliyimizi, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq”, - dövlət başçısı qeyd edib.

Tarix
2026.10.27 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla