Yuxarı

Prezident bu qanunu təsdiqlədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 13-də qəbul etdiyi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Axar.az xəbər verir ki, dəyişikliyə əsasən, aqrar sektorda ƏMTQ öhdəliyi üçün konkret kəmiyyət meyarları müəyyən edilir: Mövcud qanunvericilikdəki qeyri-müəyyən və subyektiv xarakter daşıyan "ixtisaslaşmış" və "irimiqyaslı" terminləri ləğv edilir. Bunun əvəzinə, beynəlxalq təcrübəyə (FAO, Dünya Bankı və Avropa İttifaqı direktivlərinə) əsaslanan aşağıdakı konkret kəmiyyət hədləri tətbiq olunur:

Heyvandarlıq müəssisələri üçün: 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu və digər dırnaqlıların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);

Quşçuluq müəssisələri üçün: 40 000 baş toyuq ekvivalenti (inkubasiya mərhələsi istisna olmaqla; 1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla);

Balıqçılıq (akvakultura) təsərrüfatları üçün: İllik məhsul həcmi 500 ton.

Sənəddə göstərilib ki, aqroparklar yalnız yuxarıda qeyd olunan fəaliyyət növləri üzrə müəyyən edilmiş kəmiyyət hədlərinə bərabər və ya ondan çox göstəricilərə malik olduqda ƏMTQ prosesinə cəlb ediləcək.

Həmçinin kiçik və orta fermerlərin inzibati və maliyyə yükü azaldılır: Yeni kəmiyyət meyarlarının tətbiqi sayəsində kiçik və orta təsərrüfatlar bahalı və uzun vaxt tələb edən ƏMTQ sənədi hazırlamaq öhdəliyindən azad olunur. Bununla da dövlətin nəzarət resursları daha çox real ekoloji risk yaradan iri sənaye komplekslərinə yönəldiləcək, sahənin investisiya cəlbediciliyi artacaq.

Tarix
2026.10.27 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla