Yuxarı

Borc tələbi ilə dəyişiklik son oxunuşda qəbul edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Borc tələbi ilə dəyişiklik son oxunuşda qəbul edildi

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini üçüncü oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, bununla əlaqədar "İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Sənədə əsasən, "İcra haqqında" qanuna "Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi" adlı yeni 46-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur.

Yeni maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmini müəyyən edir.

Layihəyə əsasən, borclunun qiymətli kağızlarına dair məlumatların sorğu edilməsi, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil edilir. Qanun layihəsində həmçinin "Qiymətli kağızlar bazarı haqqında" qanunda uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq sonuncu oxunuşda qəbul edilib.

Tarix
2026.10.27 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

Özümüzü istənilən çətinlikdən qorumaq üçün...

Hər kəs öz ev tapşırığına diqqəti yönəltməlir!

Bakıda mühüm forum: Prezident çıxış etdi - Foto

Bütün etnik qrup və dinlərin nümayəndələri birləşərək...

İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla