Yuxarı

Professordan çağırış: Bu psixoloqlar uşaqları məhv edir!

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professordan çağırış: Bu psixoloqlar uşaqları məhv edir!

Beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev çox maraqlı mövzuya toxunub. O, “başabəla psixoloqlar”ın yeniyetmə və gənclərin beynini dumanlandırdığı, həqiqətdən uzaqlaşdırdığı və valideynlərinə qarşı onlarda nifrət yaratdığını bildirib.

O qeyd edib ki, bəzi “psixoloqlar” gənclərə “uşaqlıqda aldığın travmalardan və valideyninin göstərdiyi pis rəftardan” bəhs edərək, onları reallıqdan uzaqlaşdırır və bütün psixoloji gərginliyi valideynin üzərinə atır, nəticədə uşaq bütün səhvləri kənarda görür.

“Valideynin əziyyətini, yuxusuz gecələrini danan şəxslər nadandır. Bu psixoloqlar nəsillərarası, ailədaxili ədavətə səbəb olurlar”, - o vurğulayıb.

F.Mehdiyev xüsusi olaraq xatırladıb ki, bu tələyə daha çox qız uşaqları salınır, amma “qurbanlar” arasında oğlanlar da var.

Böyük ölçüdə professorun bu müşahidələri reallığa əsaslanır. Yeniyetmə və gənclər psixoloqa müraciət edən kimi dərhal onlardakı “uşaqlıq travmaları” yada salınır, sanki yeniyetmələrin valideynə düşmən olması üçün “sübutlar” toplanır, üst-üstə yığılır, şişirdilir və bütün münasibətlərin əsasına oturdulur.

Demək olar ki, bütün ailələrdə valideynlərin öz övladlarının “uşaqlıq travmaları” haqda iradları ilə üz-üzə qaldıqlarını müşahidə edə bilərsiniz.

Bu psixoloqlar hardan tapırlar bu “uşaqlıq travmalarını”? Niyə bütün ailələrdə uşaqlar “travmadan” əziyyət çəkəsi olur?

İndiki valideynlər uşaq olmayıbmı? Onlar öz valideynlərindən haçansa, hansısa məqamda, yeni, dəbdə olan sözlərlə desək, “şiddət” görməyiblərmi? Bəs niyə onlarda travma-zad yoxdur?

Psixoloqlar faktiki olaraq ailədaxili məsələlərə müdaxilə etməklə yeniyetmələri başqalarına, xüsusilə doğmalarına qarşı nifrətə kökləyirlər və dolayısı ilə gənclərin ailə anlayışlarını ciddi şəkildə sarsıdırlar. Gənclərin ailə qurmağa hazır olmamalarının, doğmalarına nifrətin və tənhalaşmalarının bir səbəbi də budur.

Bəlkə də bu “psixoloqlar”ın günahı yoxdur, çünki onlar bu cür təhsil alır, öyrənirlər. Məsələ psixoloqların ümumilikdə bu cür yetişdirilməsidir və hazırkı psixoloji nəzəriyyənin ailə dəyərlərinə qarşı hazırlanmasıdır.

Qlobal miqyasda ailə dəyərlərinə qarşı bir savaş açıldığını müşahidə ediriksə, milli varlığı hifz edən ənənələrin dağıdılması üçün efirdən, sosial şəbəkədən ardıcıl, sistemli, düşünülmüş hücumları görürüksə, bütün bunlar təhtəlşüura yeridilirsə, niyə də “uşaqlıq travması” adlı doğmalara nifrət konsepsiyasının “psixoloji nəzəriyyə” kimi hazırlanıb, sistemli fəaliyyətin bir parçasına çevrilməsinə inanmayaq?

Belə çıxır ki, ailə dəyərlərini, ənənələri həm də bu cür “psixoloqlardan” qorumaq lazımdır.

Tarix
2026.04.29 / 13:00
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla