Yuxarı

Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niderland parlamentinin Bakıya qarşı qərəzli sənədi… - Səfir

Səfir Marian de Yonq Niderland parlamentində qəbul edilən qərarların Azərbaycanda narazılıq yaratmasına aydınlıq gətirib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Niderlandın Azərbaycandakı səfiri bu gün mətbuat konfransında ölkəsinin parlamentində qəbul edilən sənədin əlaqələrə təsir göstərmədiyini deyib.

“Bunu anlayıram. Ölkəmizdə səlahiyyət bölgüsü barədə bir az daha ətraflı izah vermək istərdim. Parlamentimiz hökumətdən müstəqil fəaliyyət göstərir. Biz onlara təsir göstərə bilmərik. Biz sadəcə məlumat verə bilərik, amma qərarları onlar özləri qəbul edirlər. Parlament cəmiyyətdəki müxtəlif fikirləri əks etdirən 150 nəfərdən ibarətdir”, - səfir qeyd edib.

Diplomat Niderland parlamentində ermənipərəst qüvvələrinin səsinin daha çox eşidilməsinə meylin olduğunu etiraf edib:

“Amma bununla belə, bilirəm ki, Niderlandda kifayət qədər böyük bir Azərbaycan icması da var. Ola bilsin ki, gələcəkdə onların da Niderland parlamentində təmsilçiliyi olacaq. Bizə görə parlament müzakirə üçün bir platformadır. Onlar qərarlarını müstəqil şəkildə qəbul edirlər. Bu isə əslində, təxminən 8-9 dəfə irəli sürülmüş təkrar bir qərar idi. Ona görə də yenidən qəbul olunacağı gözlənilirdi. Amma yenə də dəqiq demək olmurdu, çünki siyasi mənzərə bir qədər dəyişmişdi. Nəticədə parlament bu qərarı qəbul etdi. Amma mənim üçün ən vacib məqam odur ki, bu, hökumətin mövqeyini heç dəyişmədi. Mənə verilən tapşırıqlar dəyişməyib. Biz buna baxdıq və dedik ki, “fikriniz üçün təşəkkür edirik”. Amma biz işimizi davam etdiririk. Çünki hökumətin bu məsələdə çox balanslı mövqeyi var”.

Marian de Yonq deyib ki, Niderlandın həm Azərbaycan, həm də Ermənistanla əlaqələri mövcuddur:

“Biz hər iki ölkə ilə danışırıq. Regionda sülhün əldə olunması prosesini dəstəkləyirik. Bu, çox vacibdir”.

O, parlamentdə qəbul edilən sənədlərin hökumətlərarası münasibətlərə təsir etməyəcəyinə ümidvar olduğunu bildirib.

“Mən belə görürəm ki, Avropa Birliyi də son bir il yarımda balanslı yanaşma nümayiş etdirib. Komissar Kos, xüsusi nümayəndə Qrono, Kosta və digər yüksək səviyyəli şəxslərin bütün səfərlərində eyni mesaj təkrar olunub: Biz sülh prosesini dəstəkləmək üçün buradayıq. Kömək etmək üçün buradayıq və siz necə uyğun görürsünüzsə, o şəkildə dəstək verməyə hazırıq. Beləliklə, deyərdim ki, bu məsələ həmin aspektə təsir etmir”, - səfir əlavə edib.

Tarix
2026.04.29 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

“Liv Bona Dea” məhkəməyə saxta sənəd verib – Köçərli

Şahin Mustafayev Ermənistanda səfərdədir - Foto

Ukraynanın Putini dəli edən zərbəsi: Rusiya çökə bilər

Ermənistan Azərbaycanla sərhəddə silah anbarlarını boşaldır

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla