Yuxarı

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

ABŞ-da ölkədə olan, lakin sığınacağı olmayan şəxslər haqqında müəyyən araşdırmalar aparılıb. Oğlum və gəlinimlə bağlı məsələ də bu qəbildəndir. Bunu həbs adlandırmaq doğru deyil.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-da həbs edildiyinə dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, oğlu və gəlini, ümumiyyətlə, həbs olunmayıblar:

"Heç sığınacaqda da deyillər. Müəyyən dövrdə onların vizalarının vaxtının keçməsi ilə əlaqədar araşdırmalar olub və məsələ başa çatıb. Əslində bu hadisə sentyabrın əvvəllərində olub. Hər gün onlarla telefonla danışıram, bütün sənəd məsələləri həll olunub. Saxta sənəd hazırlanması kimi yayılan xəbərlər tamamilə uydurmadır”.

Arif Hacılı bildirib ki, hazırda ABŞ-dakı vəziyyətə görə bu ölkədə sığınacaq almayan hər kəsin istintaqa cəlb edilməsi mümkündür: "Onlar da bu kontekstdə istintaqa cəlb olunmuşdular. Sadəcə, onlar hələ də bu ölkədə daimi yaşamaq hüququ əldə etməyiblər”.

Qeyd edək ki, Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-da həbs edildiyi iddia edilir. Onların ölkədən çıxmaq öhdəliyi götürsələr də, ABŞ-da qeyri-qanuni yaşamağa davam etdikləri bildirilir.

Tarix
2026.09.24 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla