Yuxarı

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının təşkil etdiyi icraçı dəyirmi masada iştirak edib.

Axar.az xəbər verir ki, görüşdə ABŞ-nin aparıcı şirkətlərinin rəhbərləri və əsas şirkətlərin nümayəndələri iştirak ediblər.

Müzakirələrdə Azərbaycanın geostrateji əhəmiyyəti, 2025-ci ilin tarixi Vaşinqton sammitindən sonra Azərbaycan və Birləşmiş Ştatlar arasındakı strateji tərəfdaşlıq ön plana çıxarılıb, əsas sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Nazir çıxışında iştirakçılara Azərbaycanın xarici siyasət prioritetləri və müstəqilliyini bərpa etdikdən sonra atdığı addımlar, Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasları haqqında məlumat verib, iqtisadiyyat, enerji, ticarət, rəqəmsal transformasiya, süni intellekt, bağlantı və qarşılıqlı maraq doğuran digər sahələrdə Azərbaycan - ABŞ əməkdaşlığının əsas strateji sütunlarını, o cümlədən regional prosesləri və Azərbaycan-Ermənistan normallaşma prosesini xüsusi vurğulayıb.

O, 2025-ci ilin avqustunda qəbul edilmiş Vaşinqton Bəyannaməsi və paraflanmış sülh sazişindən sonrakı regional normallaşma prosesi, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Ermənistanla birbaşa ikitərəfli ticarət əlaqələrinin başlanması kimi praktiki etimad quruculuğu tədbirlərinə diqqət çəkib. Regional bağlantı, ticarət və iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişin təmin edilməsində TRIPP-nin əhəmiyyətini vurğulayan nazir Rəqəmsal İpək Yolu ilə yanaşı, Orta Dəhliz vasitəsilə regional qovşaq kimi Azərbaycanın strateji bağlantı rolundan bəhs edib.

10-dan çox imzalanmış saziş üzrə 8 milyard dollardan artıq kommersiya öhdəliyini təmin edən ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqundan sonra ticarət, enerji, süni intellekt və bağlantı üzrə birgə işçi qruplarının fəaliyyətə başlamasına diqqət çəkən C.Bayramov ABŞ şirkətləri ilə tərəfdaşlıqlar da daxil olmaqla, mühüm strateji enerji nailiyyətlərini qeyd edib

Tarix
2026.09.25 / 01:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla