Yuxarı

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Müxtəlif ölkə liderlərinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışları medianın diqqət mərkəzindədir.

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə olunacağına inandığı fikrini bir daha təkrarlayıb. Halbuki müharibə tam şiddəti ilə davam edir və müharibənin durdulacağına işarə edən heç nə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, Tramp çıxışında İranın nüvə silahına malik olmasına imkan verməcəyəklərini də səsləndirib:

“İranla bağlı hazırda əsas mövzu nüvə silahından çox Hörmüz boğazı probleminin həllinə yönəlib. Bu istiqamətdə irəliləyiş yoxdur. Nyu Yorkda Pakistan və Qətərin vasitəçiliyi ilə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin İranın xarici işlər naziri Abbas Arakçı ilə görüşdən real nəticə çıxmayıb. Tehranın tələbləri bəllidir: ABŞ dəniz blokadasını ləğv etməli, dondurulmuş aktivləri azad etməli, bütün cəbhələrdə müharibəyə son qoymalıdır. Tehran “bütün cəbhələr” dedikdə İranın bölgədəki proksi qüvvələrinə təzyiqin dayandırılmasını nəzərdə tutur. ABŞ hazırda İranın İraq, Yəmən və Livandakı proksi qüvvələri ilə münaqişə içərisində deyil, əksinə, Vaşinqtonun husilərlə atəşkəs razılaşması mövcuddur. Donald Tramp Rusiya-Ukrayna müharibəsində olduğu kimi, İranla bağlı məsələnin də uğurla həllinə ümidlidir, ancaq ABŞ Prezidenti bunu deyərkən, əlavəsini də umutmayıb: “İranla razılaşma baş tutmasa, daha sərt addımlar atacağıq”. Tramp çıxışında hətta İranı “məhv etmək” fikrini səsləndirib”.

Ekspert xatırladıb ki, Trampın hədələdiyi digər ölkə Kubadır:

“ABŞ Prezidenti bu ada ölkəsində rejimi dəyişmək ideyasından vaz keçmədiyini bildirib. Trampın xarici və təhlükəsizlik siyasətinin əsasında Rusiya-Ukrayna müharibəsinin dayandırılması və İranın ram edilməsi olmasaydı, Kubada rejimin dəyişdirilməsi ön planda tutulardı. Ancaq Kubaya qarşı sanksiyaların sərtləşməsi bu ada dövlətində sosial həyatı mürəkkəbləşdirib. Demək, Tramp administrasiyası Kubanı “unutmayıb”.

Donald Trampın Venesuelanın ram edilməsindən sonra xarici siyasətdə növbəti uğuru Nyu Yorkda Danimarka və Qrenlandiya ilə yeni təhlükəsizlik razılaşmasının imzalanması olub. Tramp Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyini reallaşdıra bilməsə də, imzalanan razılaşma ABŞ-a Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək və iki yeni hərbi baza yaratmaq imkanları verir.

Azərbaycanla Ermənistan arasında sülh quruculuğunun genişlənməsi də Trampın xarici siyasətdə uğurlarındandır və o, bunu BMT Baş Assambleyasında çıxışı zamanı vurğulamağı unutmadı. Məhz 2025-ci ilin avqustunda Ağ Evdə Donald Trampın iştirakıyla imzalanan razılaşmadan sonra Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna strat verildi və Zəngəzur dəhlizinin reallaşması ehtimalı artdı. Bu prosesi uğurla yekunlaşdırmaq, yəni sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin tikintisinə başlanılması Ermənistanın Baş naziri Nikol Paşinyanın atacağı addımlardan asılıdır. Bu çalışamaları Tramp prezident olduğu dönəmdə bitirməkdə fayda var”.

Tarix
2026.09.24 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla