Yuxarı

Xəzərdə 12 hərbçi öldü: gecə-gündüz axtarış... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə 12 hərbçi öldü: gecə-gündüz axtarış... - Video

13:08

Bu gün Xəzər dənizində təlimlər zamanı Qazaxıstanın 19 hərbçisi dənizə düşüb, onlardan 9-u həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Üç hərbçi xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib. Digər hərbçilərin axtarışları davam etdirilir. Hadisə yerinə dərhal xilasetmə xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Axtarış-xilasetmə əməliyyatında Hərbi Dəniz Qüvvələrinin, Fövqəladə Hallar Nazirliyinin bölmələri, aviasiya və digər aidiyyəti xidmətlər iştirak edir”, - məlumatda qeyd edilib.

***

Qazaxıstanda Manqistau vilayətində təlimlər zamanı hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyası yaradılıb.

Bu barədə Qazaxıstan hökumətinin saytında məlumat verilib.

Komissiyanın tərkibinə müdafiə naziri, Manqistau vilayətinin akimi (meri), Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Səhiyyə və Nəqliyyat nazirliklərinin nümayəndələri, hərbi prokuror, eləcə də Sərhəd Xidmətinin nümayəndələri daxil edilib.

Qazaxıstanın Baş naziri Oljas Bektenov komissiyanın sədri - Baş nazirin müavini Kanat Bozumbayevə hadisə yerinə yollanmağı və hərbçilərin həlak olması səbəblərinin hərtərəfli araşdırılması üçün işə başlamağı tapşırıb.

Bundan başqa, komissiyaya həlak olanların ailələrinə yardım göstərməklə bağlı tapşırıq verilib.

***

Qazaxıstanın Manqistau vilayətində baş vermiş hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 12-yə çatıb.

***

Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi Hökumət Komissiyası fövqəladə hadisə yerində işini davam etdirir.

Kanat Bozumbayev bütün zəruri qüvvə və vasitələrin cəlb olunması ilə itkin düşən hərbçilərin fasiləsiz, gecə-gündüz axtarılmasını tapşırıb. Həlak olan hərbçilərin ailələrinə zəruri maddi və digər yardımların göstərilməsi də tapşırılıb.

Tarix
2026.09.24 / 23:29
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla