Yuxarı

80 ölkədən Hörmüzlə bağlı çağırış...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
80 ölkədən Hörmüzlə bağlı çağırış...

Təxminən 80 ölkə Yaxın Şərqdə İranın və husilərin hərəkətlərini pisləyərək Hörmüz boğazında gəmiçiliyin təcili bərpasını tələb edib.

Axar.az xəbər verir ki, bu barədə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaninin Nyu Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı çərçivəsində oxuduğu birgə bəyanatda deyilir.

Bəyanata əsasən, bu hərəkətlər beynəlxalq ticarətə və enerji təhlükəsizliyinə zərbə vurur.

"İranın Hörmüz boğazındakı hərəkətləri beynəlxalq təhlükəsizliyə, eləcə də gəmi sahiblərinin hüquq və azadlıqlarına təhdid yaratmaqda davam edir. Biz həmçinin husilərin Yəməndə münaqişəni bərpa etmək qərarını, onların Səudiyyə Ərəbistanına aramsız zərbələrini və Qırmızı dənizdəki düşüncəsiz hücumlarını qətiyyətlə pisləyirik", - Zəyani qeyd edib.

Bəyanatı imzalayanlar arasında Fars körfəzinin ərəb və Qərb dövlətləri də var.

Bəyanatda həmçinin qeyd olunub ki, husilərin Bab-əl-Məndəb boğazına doğru irəliləməsi beynəlxalq gəmiçilik, dəniz təhlükəsizliyi və dünya ticarəti üçün riskləri yalnız artıracaq.

Tarix
2026.09.25 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla