Yuxarı

Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama

Son dövrlərdə “Temu” platforması vasitəsilə Azərbaycana daxil olan bağlamaların həcmi kəskin artıb, platforma ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Şahin Bağırov qeyd edib ki, bir anda təxminən 400 tona yaxın yük hava limanına daxil olub və bu, əvvəlcədən elektron məlumatların təqdim edilməməsi səbəbindən gömrük orqanları üçün əlavə çətinliklər yaradıb:

“Elektron məlumatlar verilmədən, bildirişlər olmadan birdən-birə külli miqdarda yüklər gətirildi. Biz məcbur olduq ki, onları öz resurslarımızla hesablayaq və kimə məxsus olduğunu müəyyən edək. Çünki elektron ticarət adı altında təkcə istehlak malları deyil, riskli məhsullar da daxil ola bilər. Dərmanlar, psixotrop maddələr və digər qadağan olunmuş məhsulların da daxil olma ehtimalı var. Buna görə gömrüyün əsas öhdəliyi təhlükəsizlik və nəzarəti təmin etməkdir”.

Qurum rəsmisi bildirib ki, sonradan məsələ operativ şəkildə tənzimlənib və “Temu” ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib. Hazırda platforma tərəfindən əvvəlcədən məlumatların təqdim olunması təmin edilir və risklərin idarə olunması sistemi vasitəsilə proseslər tənzimlənir.

Tarix
2026.04.29 / 16:15
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla