Yuxarı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Orta Dəhlizlə bağlı çoxlu manipulyativ bəyanatlar eşitmişik, amma fakt tamamilə fərqlidir. 2021-ci ildən bəri regionda yük dövriyyəsi yeddi dəfə artıb. Konkret statistika və məlumatlar öz sözünü deyir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili deyib.

Maxaşvilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı vacibdir, çünki onun ölkəsi bu dəhlizdə mühüm paylayıcı mərkəzdir.

Vitse-spiker xatırladıb ki, Azərbaycan lideri Tiflisdə səfərdə olarkən Gürcüstanın Orta Dəhliz üçün önəmini vurğulayıb.

“Azərbaycan Prezidentinin bəyanatı ilə Gürcüstanı bölgədən süni şəkildə çıxarmağa yönəlmiş bütün manipulyasiyalara son qoyuldu. (Avropa İttifaqı tərəfindən) Ən müxtəlif fikirlər səsləndirilə bilər, amma yerdə vəziyyət fərqlidir. Kim Gürcüstanı kənara itələməyə çalışsa da, heç kim coğrafiyanı və ya geosiyasəti görməzdən gələ bilməz”, - Levan Maxaşvili qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 6-da Gürcüstanda dövlət səfərində olub.

Tarix
2026.04.07 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Avstriyanı təbrik etdi

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla