Yuxarı

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

Hindistanın son günlərdə Azərbaycana qarşı nümayiş etdirdiyi “yumşalma” ritorikası ilk baxışda diplomatik nəzakət təsiri bağışlasa da, prosesin arxa fonu daha sərt və hesablanmış geosiyasi oyundan xəbər verir. Rəsmi Dehlinin İrandan vətəndaşlarının təxliyəsinə görə Bakıya təşəkkür etməsi və dərhal ardınca münasibətlərin “sıfırlanması” ideyası ilə çıxış etməsi təsadüfi addım deyil. Bu, dəyişən regional reallıqlar fonunda Hindistanın mövqeyini yenidən kalibrasiya etmək cəhdidir.

Uzun müddət bu gərginliyin səbəbi kimi Pakistan faktoru qabardıldı. Amma Azərbaycan heç vaxt Hindistana qarşı mövqe tutmayıb, sadəcə, Pakistanın ərazi bütövlüyünü dəstəkləyib. Bu, beynəlxalq siyasətdə normaldır.

Təbii ki, əsas məsələ Hindistanın regiondakı hesablarının özünü doğrultmamasıdır. Ermənistan üzərindən qurulan siyasət gözlənilən nəticəni vermədi. Silah satışı ilə həm təsir, həm də bazar qazanmaq istəyirdilər, amma görünən odur ki, bu plan işləmədi. Üstəlik, logistika və regional risklər bu xətti daha da zəiflətdi. Hindistanın Ermənistan üzərindən qurmağa çalışdığı geosiyasi xətt – Hindistan-İran-Ermənistan-Qara dəniz istiqaməti – praktik olaraq iflasa uğradı.

Hindistanın region siyasətində İran mühüm rol oynayırdı. Tehran üzərindən həm logistika, həm də geosiyasi təsir imkanları qurulurdu. Lakin son dövrlərdə İran ətrafında baş verənlər Hindistanın mövqeyini dəyişməsini şərtləndirir.

Digər tərəfdən qlobal enerji bazarında baş verən dəyişikliklər də Hindistanın mövqeyinə təsir edən əsas faktorlardandır. İran üzərinə sanksiyalar, Körfəz regionunda qeyri-sabitlik və enerji təhlükəsizliyi məsələləri Yeni Dehlini alternativ mənbələr axtarmağa məcbur edir.

Azərbaycan isə bu baxımdan cəlbedici tərəfdaşdır. Enerji ixracatçısı kimi Bakı həm sabit, həm də özünü təsdiqləmiş tərəfdaşdır.

Bütün bu faktorlar göstərir ki, Hindistanın Azərbaycanla münasibətləri yenidən qurmaq istəyi geosiyasi dönüşdür.

Tarix
2026.04.07 / 15:04
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla