Yuxarı

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Ermənistan Mərkəzi Seçki Komissiyasının iki məntəqədə seçki nəticələrini ləğv etməsinə rusiyalı oliqarx Samvel Karapetyanın Güclü Ermənistan Partiyasının idarə heyətinin üzvü Narek Karapetyanın reaksiyası erməni müxalifətinin hədəfini bir daha üzə çıxarıb.

Axar.az xəbər verir ki, o, hər iki məntəqədə Çiçəklənən Ermənistan Partiyasının (Qagik Çarukyan) yüksək səs topladığını, bu məntəqələrin ləğvi ilə Çarukyanın 4 faizlik baryeri aşa bilməyəcəyinin yəqinləşdiyini və kənarda qaldığını iddia edib və iki məntəqədə təkrar seçkilərə çağırıb.

O, bu fikirləri səsləndirərkən, Azərbaycanla sülh gündəmini hədəf seçdiklərini açıq-aşkar vurğulayıb.

O qeyd edib ki, Çiçəklənən Ermənistan Partiyasına qarşı bu qərar Paşinyanın parlamentdə 3/5 səs çoxluğu əldə edə bilmədiyi və deməli, “Əliyevin əmri ilə konstitusiyanı dəyişdirmək imkanı olmadığı” üzə çıxandan sonra atılıb.

Mülki Müqavilə Partiyası hazırkı nəticələrə görə 105 yerlik parlamentdə 64 mandat əldə edib, 29 mandat Güclü Ermənistan, 12 mandat isə Robert Köçəryanın “Ermənistan” bloku əldə edib. Bu nəticə ilə Paşinyan hökuməti təkbaşına formalaşdırmaq imkanı qazansa da, konstitusiya dəyişikliklərini referenduma çıxarmaq üçün lazım olan səsi toplaya bilməyib. Bunun üçün müxalifətin də səsinə ehtiyacı var.

Konstitusiyadan Azərbaycana qarşı ərazi iddiası çıxarılmadığı təqdirdə isə rəsmi Bakı sülh sazişini imzalamayacaq.

Beləliklə, Ermənistanın parlamentə düşən rusyönlü müxalifəti artıq sülhə imkan verməyəcəyini elan edir.

Tarix
2026.06.12 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla