Yuxarı

Acun İlıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Acun İlıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - Foto

İngiltərənin "Hall Siti" klubunun sahibi Acun İlıcalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Axar.az xəbər verir ki, türkiyəli iş adamı bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Dövlət başçımız Rəcəb Tayyib Ərdoğan sıx iş qrafikinə baxmayaraq, məni Prezident Sarayında qəbul etdi. Hörmətli Prezidentimizə "Hall Siti" klubu ilə İngiltərə Premyer Liqasına yüksəlmək yolunda gördüyümüz işlər barədə ətraflı məlumat vermək imkanı qazandım. Göstərdiyi diqqət və maraq məni qürurlandırdı və xoşbəxt etdi", - deyə Acun İlıcalı bildirib.

Tanınmış media maqnatı paylaşımını bu sözlərlə tamamlayıb:

"İnşallah, Allah gələcəkdə əldə edəcəyimiz yeni uğurları da onunla bölüşmək fürsətini bizə nəsib edər".

Qeyd edək ki, İngiltərə Çempionşipində çıxış edən "Hall Siti" yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.

Tarix
2026.06.12 / 22:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla