Yuxarı

Hindistanın yüksək çinli rəsmisi Ermənistana gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hindistanın yüksək çinli rəsmisi Ermənistana gəldi

Hindistanın müdafiə məsələləri üzrə katibi Racеş Kumar Sinq Ermənistan Respublikasına rəsmi səfərə gəlib.

Axar.az Musavat.com-a istinadən bildirir ki, səfər Hindistan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın son dövrdə intensivləşdiyi bir vaxtda baş verir. Aprel ayında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Hindistanda Racеş Kumar Sinq ilə görüşərək hərbi əməkdaşlığın genişləndirilməsi, təlim, imkanların inkişafı və ordunun modernləşdirilməsi məsələlərini müzakirə etmişdi. Son aylarda tərəflər hərbi texnikanın birgə hazırlanması, müdafiə sistemlərinin modernləşdirilməsi və digər strateji əməkdaşlıq istiqamətlərini də müzakirə ediblər.

Ermənistan Hindistan istehsalı olan silahların və raket sistemlərinin alışını son vaxtlaradək davam etdirir. Azərbaycanla sülh sazişini imzalamaq istədiyini bəyan etsə də, rəsmi İrəvan silahlanma prosesini də davam etdirir. Ötən ay Ermənistanın Hindistan istehsalı olan “Astra” sinif “hava-hava” raketlərinin alınması ilə bağlı danışıqları yekun mərhələyə çatdırdığı açıqlanmışdı. Hindistanın “Biznes Layn” nəşri Dehlinin “Astra” raketlərinə maraq göstərən ən azı altı ölkənin olduğunu və onların sırasında Ermənistanın da yer aldığını açıqlamışdı. Nəşrin mənbələrinin bildirdiyinə əsasən, İrəvan bu raketlərin Rusiya istehsalı olan “Su-30SM” qırıcılarına inteqrasiyasıyla bağlı Yeni Dehli ilə danışıqların irəli mərhələsindədir.

Tarix
2026.08.16 / 20:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla