Yuxarı

Husilər Moha və Marib şəhərlərinə zərbələr endirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Husilər Moha və Marib şəhərlərinə zərbələr endirdi

Husilər münaqişənin gərginləşməsi fonunda Yəmənin Moha və Marib şəhərlərinə yenidən raket, pilotsuz təyyarələrlə hücum həyata keçiriblər.

Axar.az-ın “Əl-Cəzirə” telekanalına istinadən məlumatına görə, hücumlar nəticəsində dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

Bazar günü gecəsi edilən hücumlardan biri Yəmənin Qırmızı dəniz sahilindəki liman şəhəri olan Mohanın ətrafı zərər çəkib, digər hücumda isə şəhərin əsas yolu ziyan görüb. Dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Şənbə günü axşamı Husilər Maribin yaşayış məntəqələrinə altı ballistik raket və dörd pilotsuz təyyarə atıblar. Evlərə və mülki infrastrukturlara ziyan dəyib, dörd nəfər yaralanıb.

Daha əvvəl Yəmən Silahlı Qüvvələri son 24 saat ərzində "Ənsərullah" hərəkatının husi silahlılarının obyektlərinə qarşı 181 hərbi əməliyyat keçirdiyini bildirib.

Tarix
2026.08.16 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla