Xameneinin sağlamlığı üçün 10 min qoyun kəsiləcək
22:06
| Ana səhifə Planet |
|
Misir Prezidenti Əbdülfəttah Sisi ABŞ Prezidenti Donald Trampın kürəkəni və elçisi Cared Kuşnerlə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Misir Prezident Administrasiyasının yaydığı bəyanatda bildirilib.
Görüş zamanı Yaxın Şərqdəki hadisələr və Fələstin məsələsi müzakirə olunub.
"Görüş iştirakçıları bütün tərəflərin Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu vurğulayıblar", - bəyanatda qeyd olunub.
Qeyd edək ki, görüş Misir, Türkiyə və Qətərdən olan vasitəçilərin iştirakı ilə keçirilib.
|
Tarix
2026.08.16 / 21:07
|
Müəllif
Axar.az
|