Yuxarı

Güləşçimiz finalda erməni ilə qarşılaşacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçimiz finalda erməni ilə qarşılaşacaq

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatına start verilib.

Axar.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 63, 77, 87 və 130 kq-da finalçılar müəyyənləşib.

Tural Əhmədov (63 kq) yunanıstanlı Marios Kapantaisu 6:1 hesablı qələbəylə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda özbəkistanlı Kuvonçbek İsmayılova minimal fərqlə (2:3) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Tural sabah təsəlliverici görüşə çıxacaq.

Cavidan Nehmətov (77 kq) mundiala inamlı start verib. Həmyerlimiz yunanıstanlı Adamantios Papadatosla (8:0) qırğızıstanlı Elxan Çoenbekova (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəldi. Qazaxıstanlı Yerkebulan Anapiyanı 7:5 hesabıyla üstələyən Nehmətov adını yarımfinala yazdırıb. Cavidan yarımfinalda iranlı Amir Mehdi Navaya heç bir şans tanımayıb – 7:1. Millinin üzvü sabah finalda ermənistanlı Samvel Terteryanla güləşəcək.

Qeyd edək ki, Orxan Hacıyev (87 kq) təsnifat mərhələsində hindistanlı Axil Axilə “tuş”la, Mikayıl İsmayılov (130 kq) isə debütdə finlandiyalı Tomas Rusiyə ilk xal prinsipinə əsasən (1:1) uduzub.

Tarix
2026.08.16 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla