Yuxarı

33 il sonra Kəlbəcərin ilk məzunu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
33 il sonra Kəlbəcərin ilk məzunu - Foto

13 iyun ölkənin ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün” Son zəng” çalınacaq. 33 illik fasilədən sonra Kəlbəcərin B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində cəmi 1 nəfər şagird məzun olacaq.

Axar.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, ilk və tək məzun Nəzrin Atakişiyeva Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu Anar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində oxuyub. Hazırda azad olunmuş Kəlbəcərdə fəaliyyətə başlayan B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinfini bitirir. Məzunumuz deyir ki, Kəlbəcərin ilk və tək məzunu olmaq onun üçün böyük qürur və məsuliyyətdir.

“Sinfin yeganə şagirdi olsam da özümü heç vaxt tək hiss etməmişəm. Müəllimlərin və məktəb kollektivinin sevgisi ilə əhatə olundum. Bu gün təkcə öz uğurumu deyil Kəlbəcərin dirçəlişini və gələcəyinə inamı da təmsil etdiyimi düşünürəm. İllər keçsə belə bu uğur və ad unudulmayacaq. Əslində, çox şanslıyam, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam. Səhər məktəbli adından, şagird adından ayrılıram”.

Nəzrin cəmi 1 il burada təhsil alıb. Ancaq bu bu bir ildə doğma yurdda oxumağın dəyərini və vətən sevgisinin əsl mənasını yaşadığını bildirir.

Tarix
2026.06.12 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla