Yuxarı

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

İlanlıdağda 1 yox, 2 Urartu yazısının tapıldığına dair ciddi iddialar var. Hər halda AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji irsin tarixi və nəzəriyyəsi" şöbəsinin müdiri, tanınmış arxeoloq alim Bəhlul İbrahimli belə düşünür.

Axar.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz məlumat yayıb.

Onun sözlərinə görə, Hüseyn Cəfərov əslində 1988-ci ildə erməni arxeoloqlarının İlandağda tapdığı salnaməni deyil, indiyədək elmə məlum olmayan tarixi abidəni kəşf edib:

“Bəhlul müəllim hər iki abidənin şəkillərini incələyərək bu qərara gəlib.

Onun mənə göndərdiyi şəkillərə baxdım. Doğrudan da iki foto arasında önəmli fərqlər var. 1988-ci ildə kəşf olunan salnamədə ən azı 8 sətir mövcuddur. Hüseyn Cəfərovun kəşf etdiyi salnamədə isə sətirlər daha az, mətn isə uzundur. Görünən budur ki, bunlar bir-birinin təkrarı olmayan iki fərqli yazıdır. Əgər ermənilər məlum salnaməni həqiqətən də İlandağda tapıblarsa, belə çıxır ki, hazırda bu məkanda ən azı iki Urartu yazısı mövcuddur”.

Qeyd edək ki, İlandağda aşkarlanan Urartu yazısının oxunması ilə bağlı fərqli iddia ortaya çıxmış, mətnin düzgün oxunmadığı bildirilmişdi. Hazırkı iddia isə iki fərqli mətndən söhbət getdiyi ehtimalını doğurur.

Tarix
2026.06.12 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla