Şirvanın Vüqarı
14:00
| Ana səhifə Toplum |
|
Tiktokda canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub.
Axar.az Modern.az-a istinadla xəbər verir ki, bu, "Raufizm" ləqəbi ilə tanınan Rauf Ağaquliyevdir.
Əxlaq normalarına zidd hərəkət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, əməlini etiraf edən R.Ağaquliyev bir ay müddətinə inzibati qaydada həbs olunub.
Daha əvvəl İsa Niyazəli oğlu Quliyev Tikrokda "İsican" adlı hesabında, Məhəmməd Hüseyn oğlu Nəsibov "7_muxammed_7" adlı hesabında, 25 yaşlı Melisa Əhmədova (şərti soyad) isə "melisa__591" adlı hesabında paylaşdığı yayımlara görə inzibati qaydada həbs ediliblər.
|
Tarix
2026.11.03 / 13:26
|
Müəllif
Axar.az
|