Yuxarı

Baş prokurorun sabiq birinci müavini vəfat etdi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş prokurorun sabiq birinci müavini vəfat etdi

İstiqlalçı millət vəkili, Sosial Ədalət Partiyasının keçmiş sədri, baş prokurorun sabiq birinci müavini Mətləb Mütəllimli vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə onun əqidədaşları məlumat yayıb.

O, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, Mətləb Əzizulla oğlu Mütəllimli 20 may 1949-cu ildə Yardımlı rayonunun Horavar kəndində anadan olub.

1968–1970-ci illərdə icbari hərbi xidmətdə olub, 1971-ci ildə Tümen şəhərinə çalışmağa gedib. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışıb. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb.

1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim işləyir.

1990-cı il parlament seçkilərində 119 nömrəli Sumqayıt-Tələbə şəhər seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsi üzvü olaraq deputat seçilir.

Mətləb Mütəllimli bir müddət Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini vəzifəsini də daşıyıb. O, 9 noyabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 298 nömrəli qərarı ilə vəzifəsindən azad edilir.

1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 40 nömrəli Sumqayıt III dairəsindən bitərəf namizədi olan Mətləb Mütəllimov I çağırış Milli Məclisin deputatı seçilib.

Mətləb Mütəllimli 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olub. 1994-cü ilin avqust ayında Sosial Ədalət Partiyasını təsis edir və 22 iyun 2023-cü ildə - partiya ləğv edilənədək partiyanın sədri olub.

Tarix
2026.04.07 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla