Yuxarı

Alman TV-si Soçi Olimpiadasını məsxərəyə qoydu - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alman TV-si Soçi Olimpiadasını məsxərəyə qoydu - Video

Almaniyanın məşhur ZDF kanalında efirə gedən populyar "Bu gün şouda" ("Heute-show") proqramının dünənki buraxılışı Soçidə keçirilən qiş olimpiya oyunlarına həsr olunub.

"Axar.az"ın məlumatına görə, veriliş başdan-başa idman yarışının təhqiri üzərində qurulub. Videoda göstərilən müxtəlif tamaşaları qısa şəkildə diqqətinizə çatdırırıq.

Xatırladaq ki, butun səhnələr kanalın yaradıcılıq təxayülüdür.

Birinci süjetdə aparıcı lağla olimpiadanın açılışının necə də möhtəşəm keçdiyini ifadə edir və sözü şərti ev sahibinin nümayəndə heyətinin rəhbərinə verir. Yaşlı kişi isə olimpiya məşələni Rusiyada illərdi yığılan rüşvət pulları ilə alovlandırır.

Növbəti parçalarda alman ssenaristlər Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyevə "ilişirlər". Qurban isə Rusiya kanalının aparıcısi Arkadi Mamontovdu. Aydındır ki, o, tok-şouların birində olimpiya medallarının bəzi dəstinin Çelyabinsk şəhəri yaxınlığına düşən meteorit hissələrindən hazırlandığı barədə müzakirə aparır. Lakin almanlar bunu özünəməxsus tərzdə yozurlar.

Proqramda o da bildirilir ki, sağ qalmaq istəyirsənsə, homoseksualizmlə mübarizə aparmaq lazımdır. Aparıcı biraz da qabağa gedərək, hətta meteoritin çox ədəbsiz formasını da nümayiş etdirir.

Qeyd edək ki, veriliş Avropa tamaşaçılarının diqqətini cəlb edib.

Tarix
2014.02.10 / 14:53
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla