Yuxarı

"Zirə"nin "Şerif"lə oyunu canlı yayımlanmayacaq?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Zirə"nin "Şerif"lə səfər oyununun ölkəmizdə yayımlanıb yayımlanmayacağı sual altındadır.

Axar.az xəbər verir ki, bu barədə Fanat.az-a açıqlamasında "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov deyib.

Kanal rəsmisi Moldova tərəfindən cavab almadıqlarını, lakin danışıqların davam etdiyini bildirib:

"Moldova klubu ilə əlaqə yaratmışıq. Açığı, bizə qiymət demədilər. Sadəcə, gözləməyi məsləhət gördülər. Onların oyuna az qalmış istəyəcəyi məbləğ yüksək ola bilər. Ümumiyyətlə, bu gün və ya uzağı sabah bizə məlumat verməlidirlər ki, hazırlaşaq".

Qeyd edək ki, "Şerif" - "Zirə" oyunu iyulun 11-də, saat 21:00-da “Şerif” İdman Kompleksində reallaşacaq. Cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena" gerçəkləşəcək və qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Tarix
2024.07.09 / 00:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin ABŞ-ı sərt tənqidi – Niyə indi, nə baş verir?

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Ermənipərəst qüvvələr xam xəyala düşüb - Qafarov

ABŞ-ın məkrli planı: Bakıdan İrəvana təslim olmasını istəyirlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla