Yuxarı

Dağıdıcı qasırğa Almaniyaya çatır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Atlantik okeanının mərkəzində tüğyan edən Kirk qasırğasının növbəti həftədə Almaniyaya çatması gözlənilir.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, ilk növbədə Azor hövzəsini cənginə alacaq qasırğa oktyabrın 10-da Almaniyanın qərb əyalətlərinə çatacaq. Meteoroloqlar gücü saatda 100 kilometrə çatacaq fırtınanın əsasən qərb əyalətlərinə təsir edəcəyini proqnozlaşdırırlar.

Qasırğanın Atlantik okeanın mərkəzindən şimala doğru hərəkət etdikcə soyuq havanın təsiri ilə tropik xüsusiyyətlərini itirərək fırtınaya çevriləcəyi gözlənilir. Nəticədə 2017-ci ildə Ofelia qasırğasının Avropada yaratdığı kimi, güclü külək, aramsız yağış və hava burulğanlarının meydana gələcəyi ehtimal edilir.

Mütəxəssislər sularda temperaturun artması ilə əlaqədar il ərzində güclü qasırğaların meydana gələcəyini və Avropanın bu cür təbii fəlakətlərə hazır olmasının vacibliyi barədə xəbərdarlıq edirlər.

Tarix
2024.10.06 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla