Yuxarı

Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirildi

İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi VAZ-2104 markalı avtomobillə "saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

Polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər saxlanılıb.

Avtomobildən 10 kq narkotik vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri görülür.

Tarix
2025.06.30 / 02:31
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla